Messi müqaviləsini artırmadı




Lionel Messi artıq "Barselona"nın transfer siyasətinə müdaxilə etməyə başlayıb.

Fanat.Az xəbər verir ki, argentinalı ulduz rəhbərliyə komandada görmək istədiyi futbolçuların siyıhısını təqdim edib.

Avropa mətbuatı iddia edir ki, Messi "Barselona" ilə müqaviləsinin müddətini artırmayıb. Rəhbərliyə isə istədiyi futbolçuların və baş məşqçinin gətriləcəyi halda, yeni müqaviləyə imza atacağını bildirib.

Həmkarlarımız Messinin transfer siyahısını da açıqlayıb. Belə ki, argentinalı ulduz "Arsenal"dan müdafiəçi Hektor Bellerin, "Liverpul"dan mərkəz yarımmüdafiəçisi Filipp Koutinyo, PSJ-dən yarımmüdafiəçi Marko Verratti, "Monako"dan başqa bir otra xətt oyunçusu Bernard Silva və bu komandanın 18 yaşlı hücumçusu Kilian Mbappenin transferini istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu