Noyer “Real”la oyunda ayağını sındırıb




Çempionlar liqasının dörddə bir finalında Madridin “Real” komandası ilə cavab görüşündə “Bavariya” klubunun və Almaniya milli komandasının qapıçısı Manuel Noyer ayağını sındırıb.



AFN xəbər verir ki, bu haqda Münhen klubunun saytında məlumat yerləşdirilib.
“Matçdan sonra keçirilən ilkin müayinəyə görə Noyerin sol ayağı qırılıb. Daha dəqiq müayinə klub Münhenə geri döndükdən sonra aparılacaq. Bundan sonra müalicə strategiyası müəyyən ediləcək”, - məlumatda belə deyilir.
Yeri gəlmişkən matç aperilin 18-də Madriddə baş tutub. Əsas vaxtda oyun 2:1 hesabı ilə qonaqların xeyrinə nəticələnib. İlk oyunda “Real” eyni hesabla qalib gəldiyindən, əlavə vaxt təyin edilib və həmin vaxt ərzində İspaniya komandası rəqib qapısından 3 cavabsız qol keçirib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu