İdmanla məşğul olmağa məcbur etmək üçün üsul tapılıb




Massaçusets (ABŞ) texnoloji institutunun alimləri insanın özünü idmanla məşğul olmağa məcbur etməsindən ötrü üsul tapıblar.



AFN bildirir ki, müvafiq tədqiqatlar barədə Nature Communications jurnalında məqalə dərc edilib.
Müəlliflərin fikrincə, dostlarla birlikdə təşkil edilən müntəzəm idman məşqləri bundan ötrü ən yaxşı üsuldur. Eyni zamanda qeyd olunub ki, bu üsul daha çox kişilərdən ötrü effekt verir.
Alimlər 1,1 milyona yaxın qaçışla məşğul olan insanın idman nəticələrini təhlil etdikdən sonra belə bir nəticəyə gəliblər. Belə ki, onlardan hər biri 5 il ərzində orta hesabla 350 km-lik məsafə qət ediblər. Özü də bu nəticə kollektiv qaçışlar zamanı daha yüksək olub.
Bundan əvvəl isə amerikalı həkimlər orta yaşlarda fiziki aktivliyin azalmasını beyin həcminin azalması ilə əlaqələndirirdilər. İspan statistikası isə öz növbəsində Avropa Birliyi ölkələri arasında ən yüksək fiziki aktivliyə malik ölkələri müəyyən edib. Bunlar İsveç, Danimarka və Finlandiyadır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu