Tennis matçı cütlüyün sevişməsi üzündən dayandırıldı




Sarasote şəhərində (Florida ştatı, ABŞ) “çellencer” turniri seriyasında Frensis Tiafo və Mitçell Kryuger arasında keçirilən tennis matçı kort yaxınlığından gələn sevişmə səsləri üzündən dayandırılıb.



AFN The Daily Forehand nəşrinə istinadən xəbər verir ki, sözügedən hadisəni əks etdirən video YouTube kanalında yerləşdirilib.
İkinci setdə hesab Tiaonun xeyrinə 6:3, 3:2 olarkən, yaxınlıqdan qadın zarıması eşidilməyə başlanıb. Heç nə başa düşməyən tennisçilər oyunu müvəqqəti saxlayıblar. Öncə Kryuger raketka ilə səslər gələn istiqamətə tennis matçı göndərib. Sonra Tiafo: “Sən bu qədər yaxşı ola bilməzsən”, - deyə qışqırıb.
Oyun bu gecə keçirilib və 6:3, 6:2 hesabı ilə Tiafonun qələbəsi ilə nəticələnib.



RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu