"Qalatasaray"ın arzusu reallaşır- İspan ulduz gəlir




"Qalatasaray" mövsümün əvvəlində heyətinə qatmaq istədiyi Aleyks Vidal üçün yenidən hərəkətə keçib. "Barselona"dan ayrılması gözlənilən 27 yaşlı sağ cinah müdafiəçisinin bu dəfə Türkiyəyə üz tutmaq ehtimalı var.



"Qalatasaray" rəhbərliyi zədəsi səbəbindən mövsümü başa vuran Vidalın hazırda həkim sənədlərini incələyir. Ciddi bir problem olmasa, danışıqlar yaxın günlərdə başlaya bilər.

Qeyd edək ki, "Barselona"ya 2015/16 mövsümünün əvvəlində "Sevilya"dan 17 milyon avroya transfer olunan futbolçuya "Transfermarkt" hazırda 7,5 miyon avro qiymət qoyub. O, Kataloniya klubunda heyətə düşməkdə çətinlik çəkir. Bunun nəticəsidi ki, iki mövsümdə cəmi 25 oyuna çıxıb və 2 qol vurub. (Fanat.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu