FİFA Rusiya ilə bağlı cavab verdi




ABŞ senatorlarının məktubuna cavab verilib



FİFA ABŞ senatorlarının məktubuna cavab verib. İstiPress-in RBC-ya istinadən verdiyi xəbərə görə, qurumun mətbuat xidməti bununla bağlı açıqlama yayıb:

"Futbol dünya siyasətində yaranmış bütün problemlərin həllində vasitə ola bilməz. Biz artıq görmüşük ki, dünya çempionatı xeyirxahlığın simvoluna çevrilə bilər. FİFA əmindi ki, Rusiyada da belə olacaq. Tarix göstərir ki, idman yarışlarının boykot edilməsi belə problemlərin həll olunmasına gətirib çıxarmır. Amma turnirin keçirilməsi xalqlar və hakimiyyətlər arasında böyük dialoqun yaranmasına, kompromis variantın əldə edilməsinə yardımçı ola bilər.".

Bir müddət əvvəl FİFA prezidenti Jozef Blatter bildirmişdi ki, səsvermənin nəticələrinə yenidən baxılması mümkünsüzdü.

Qeyd edək ki, bir qrup amerikalı siyasətçinin FİFA-ya məktub yazmışdı. Məktubda 2018-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun Rusiyadan alınması tələb edilirdi. Senatorlar bildirirdi ki, dünya çempionatını təşkil etmək Krımı işğal edən Rusiya hakimiyyətinin nüfuzunu artıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu