"Neftçi"də biabırçılıq: texniki məğlubiyyət veriləcək




Azərbaycan Premyer Liqasının XXVII turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb.

"Ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev oyunun gedişində əvəzetmə edərkən səhvə yol verib.

Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan paytaxt klubu Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Bu isə reqlamentin pozulması deməkdi. Reqlamentə əsasən, əcnəbi oyunçu limitinin pozan komanda texniki məğlubiyyətlə cəzalandırılır.

Oyundan sonra açıqlama verən Elxan Abdullayev bunu texniki səhv adlandırıb: "Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi? Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz".

Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu