FİFA məmurlarından biri korrupsiya cinayətlərində təqsirini etiraf etdi




FİFA-nın audit üzrə komitə üzvü və Guam Futbol assosiasiyaları prezidenti Riçard Lay özünü korrupsiyada təqsirli bilib.



AFN bildirir ki, bu haqda TASS agentliyi məlumat yayıb.

Bruklində (ABŞ) keçirilən məhkəmə iclasında məmur bir neçə epizod üzrə, o cümlədən FİFA prezidentinin seçkiləri zamanı müsbət səsverməyə görə Laya Asiya futbol konfederasiyası tərəfindən 100 min dollar məbləğində rüşvət verilməsi faktı, rüşvət aldığını etiraf edib.

ABŞ vətəndaşı olan Lay, xarici bank hesablarını gizlətdiyini də boynuna alıb və bir milyon dollar məbləğində cərimə ödəməyə razılıq verib.

Həmçinin o da məlum olub ki, bundan əvvəl Fransa prokurorluğu da 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatları ilə bağlı ölkələrin seçilməsi məsələsini araşdırmağa başlayıb. Müstəntiqlər bu məsələ də də mümkün korrupsiya faktları haqqında məlumatları araşdırırlar.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu