Azərbaycan İslamiadanın qalibi oldu- vaxtından tez




Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bitməsinə saatlar qalsa da, Azərbaycan İslamiadanın qalibi olub.

Günün nəticələrindən asılı olmayaraq, Azərbaycan yarışın qalibi olmasını sığortalayıb.
Hazırda hesabında 75 qızıl, 46 gümüş və 33 medal olan Azərbaycan İslamiadanı 1-ci yerdə başa vurur.

Medal sayında Türkiyə Azərbaycandan irəlidə olsa da, qızılların sayına görə ölkəmiz liderliyi əldən verməyib. Belə ki, bu saata qədər Türkiyənin 70 qızıl, 65 gümüş və 57 bürünc medalı var.

Türkiyə millisi 11 finaldan yalnız 5-də qüvvəsini sınayacaq. Bunlardan ikisi tennis, ikisi uşuda, biri isə stolüstü tennisdə olacaq. Bu isə o deməkdir ki, qonşularımız ən yaxşı halda 73 çempionluqla kifayətlənəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu