Bu fotosuna yazılan şərh Arda Turanı coşdurdu




“Barcelona”nın türk ulduz Arda Turan Həcc fotosuna yazılan şərhə sərt cavab verib.

“Qaynarinfo” xəbər verir ki, Ardanın fanatları tərəfindən açılmış səhifədə futbolçunun daha öncə çəkilmiş Həcc ziyarətindən fotosu paylaşılıb.

İzləyicilərdən biri son zamanlarda şəxsi həyatı ilə gündəmə gələn futbolçunun bu davranışlarını nəzərdə tutaraq onu tənqid edib: “Gündə bir qadınla gəz, sonra da Həccə get. Allah razıdırmı? Baxın zina edin demir, zinaya yaxınlaşmayın deyir”.

Bu şərhə əsəbləşən futbolçu isə “Sən Allahı mühakimə edirsən. Öz yoluna bax. Yaxşıya doğru yönəl. Yanımda idin? Allahın rəhmətini sən haradan biləcəksən?” şərhini yazıb.

Xatırladaq ki, bundan qabaq da sosial mediada canlı yayım etdiyi zaman futbolçunu tənqid edən başqa bir izləyicisinə “Günahı savabı Allaha burax. Sən çox bilirsən axı” deyərək yayımı sonlandırmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu