AFN.AZ / Nazirlikdən idmançımızın olimpiya medalı alması haqda açıqlama

Nazirlikdən idmançımızın olimpiya medalı alması haqda açıqlama

Ağırlıqqaldırma üzrə atlet İntiqam Zairovun London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnməsi haqqında Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında məlumat yoxdur.

Bunu AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyasına heç bir rəsmi məlumat daxil olmayıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairovun gümüş medal qazanması haqqında məlumat yayılıb.

Məlumatda bildirilir ki, yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.
9-01-2017, 12:55
Geri qayıt