AFN.AZ / Xəlilov rəqibini aldatma yolu ilə 3 saniyəyə nokauta saldı

Xəlilov rəqibini aldatma yolu ilə 3 saniyəyə nokauta saldı

31 yaşlı MMA döyüşçüsü, rusiyalı İbrahim Xəlilov Çində keçirilən turnirdə nokautlar tarixində ən sürətli qələbəyə imza atıb.

Virtualaz.org Life-yə istinadən bildirir ki, Xəlilov ənənəvi salamlaşma dəqiqəsində ondan zərbə gözləməyən rəqibi Bəxtiyar Barotovun diqqətsizliyindən istifadə edib. Rəqiblər hələ əlcəklərlə təmas edən anda Xəlilov Barotovun çənəsinə sağ yumruğu ilə güclü və dəqiq zərbə endirərək nokauta göndərib.

Onun istifadə etdiyi üsul-fənd azarkeşlər və mütəxəssislər tərəfindən narazılıqla qarşılanıb. Bununla belə referi onun qələbəsini təsdiqləyib.
9-01-2017, 17:11
Geri qayıt