“Azərkörpü” 3-4 aydır fəhlələrin maaşını vermir-ŞİKAYƏT


“Azərkörpü” Açıq tipli Səhmdar Cəmiyyəti (ASC) işçilərinin əmək haqlarını vermir. Şirkət artıq 3-4 aydır ki, fəhlələrin əmək haqqlarını gecikdirir.

Bu barədə adıçəkilən ASC-də işləyən fəhlələr məlumat veriblər.

Onlar qeyd ediblər ki, “Azərkörpü” ASC Bakıda, eləcə də müxtəlif rayonlarda körpülər, kanallar tikir və burada minlərlə fəhlə işləyir.

“Artıq 3-4 aydır maaşımız verilmir. Soruşduqda isə bunu heç nə ilə izah etmirlər və qeyd edilir ki, xoşunuz gəlmirsə işləməyin. Biz də ailə dolandırırıq. Gözümüzü bu maaşa dikmişik. 1-2 ay gözlədik ki, bəlkə verilər. Amma heç nə deyilmir”,-deyə fəhlələr bildiriblər.

Şikayətçilər qeyd edib ki, fəhlələrin bir qrupu yaxın zamanlarda şirkət binasının qarşısında kiçik aksiya keçiriblər və onların əmək haqları dərhal verilib.

“Aylıq maaşımız 600-700 manatdır. Hardasa 5000-6000 işçi var. Belə bir hadisə əvvəllər də olmuşdu, onda 1 ay sonra bütün əməkhaqqı verilmişdi. Amma indi bir xəbər yoxdur”.

Qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, “Azərkörpü” ASC-dən direktorun hazırda iclasda olduğu bildirildi.(modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu