“Qarasu Oil” ildə 15 milyon dolları necə itirir...


“Qarasu Oil” əməliyyat şirkəti ildə 15 milyon dollar itirir.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, əməliyyat şirkəti aylıq planı yerinə yetirə bilmir. Noyabrın əvvəlindən 23-nə kimi şirkətdə 6790.086 ton neft hasil olunub. Halbuki 10524 ton neft hasil olunmalı idi.

M.Qəhrəmanlının sözlərinə görə, şirkətin hər ay planı 4 min ton (28000 barrel) kəsirlə bağlaması hazırkı qiymətlə ayda 1 milyon 260 min dollar, ildə isə 15 milyon dollar itirmək deməkdir: “Bu isə onu göstərir ki, şirkət qazanc götürür, ancaq dövlət gəlirdən məhrum olur. Artıq bir neçə ildir vəziyyət bu cür davam edir”.

M.Qəhrəmanlı bildirdi ki, şirkətin aylıq planı yerinə yetirə bilməməsi mütəxəssis çatışmazlığı ilə əlaqədardır. Son illər aparılan ixtisarlarda təcrübəli kadrlar işdən uzaqlaşdırılıb.

Şirkətdən isə məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu