Milyardlara toxunmuruq, milyonlara danışırıq


Bakıda keçirilən ilk (yəqin ki, həm də son) Avropa Oyunlarına 50 ölkədən 6100 idmançı qatılacaq.

Afn.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, hər ölkənin məşqçi və xidmət personalı da nəzərə alınsa (masaj, həkim və sairə), Bakıya təqribən 8000 qonağın gəlməsi gözlənilir: "Hökumətimiz gələn qonaqların bütün xərclərini öz üzərinə götürüb. Səbəbi tək bizim qonaqpərvər olmağımız deyil, əsas səbəb daha çox ölkə və idmançı cəlb etməkdir. Çünki ilk dəfə keçiriləcək bu oyunların nə reytinq cədvəllərində yeri var, nə də beynəlxalq nüfuzu, ona görə hökumət bu addımı atıb. Əslində bu normaldır, olimpia, dünya və Avropa çempionatlarına gələn heyətlərin 2 xərcini ev sahibi olan dövlət çəkir: yataq-yemək və yarış zamanı idmançıların stadionlara çatdırılması. Amma ev sahibi dövlətlər bunu büdcələri hesabına etmirlər, sponsor müqavilələri ilə xərcləri şirkətlər ödəyir. Məsələn, KİA şirkəti öz avtobuslarında idmançı daşımaq üçün həm nəqliyyat vasitəsi verir, həm də təşkilat komitəsinə pul da ödəyir ki, məhz bu şirkət seçilsin. Bizdə isə baş sponsor dövlətdir!"
Ekspert bilriri ki, bəzi hesablamalara görə, hər bir idmançının böyük miqyaslı yarışlarda iştirakı, uçaq biletləri, yaşam xərcləri daxil, günə 300 dollara başa gəlir: "Bakıya 8000 qonağın gəlməsini nəzərə alaraq, tək bu xərclər 33,5 milyon dollara yaxın olacaq ki, bu da Avropa Oyunlarına xərclənən miylardların yanında qəpik-quruşdur. Yəni, insanlarımız milyardlara danışmır, amma cəmi 33,5 milyona görə etiraz edir, özü də virtual aləmdə".

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu