Turizm şirkətlərinin hesablaşmaları dollarla aparması məsələsinə münasibət bildirildi


Azərbaycanda manatın devalvasiyasından sonra turizm şirkətlərinin maliyyə hesablaşmalarının dollarla aparması barədə deyilən fikirlər düzgün deyil.


Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin dözlərinə görə, regionlarda turizm şirkətləri hesablaşmaları manatla aparırlar: "Bunun nəticəsi olaraq, artıq Rusiya, İran və Gürcüstanın turizm şirkətləri Azərbaycana turist axının çoxaldılmasına ciddi maraq göstərirlər. Biz bu il müddətində xaricdən, xüsusilə qonşu ölkələrdən gələcək turistlərin sayının çoxalmasını gözləyirik. Sözsüz ki, elə şirkətlər var ki, onların hesablaşmalarının aparılması birbaşa xarici ölkə ilə bağlıdır. Azərbaycandan xaricə turist göndərən şirkətlər hesablaşmalarını dollarla aparır. Azərbaycanın daxilində isə bütün ödəmələr manatla həyata keçirilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu