Neftimizin qiyməti 51 dolları keçdi


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar və yaxud 1,49% bahalaşıb.

AzVision.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,04 dollara bərabər olub.

Dünya bazarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar azalaraq 47,52 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,48 dollar ucuzlaşaraq 49,48 dollar olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu