“Devalvasiyada qazandıqlarımız”- ucuz taksi xidməti


Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, 2016-cı il avqustun 1-ə Azərbaycanda rəsmi olaraq 35 min nəfər işsiz qeydə alınıb. Bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çoxdur. Qeyd edək ki, bu, sadəcə rəsmi statistikadır...


Mövcud vəziyyətdə diqqətdən qaçmayan işsiz kişilərin daha çox taksi fəaliyyətinə can atmasıdır. Bu gün paytaxt küçələrində üstündə “Taxi” yazılan nəqliyyat vasitələrinin sayının artması da bunu deməyə əsas verir. Bu fonda isə taksi xidmətinin qiymətinin aşağı düşməsini də xüsusi qeyd etmək lazımdır. Amma əhali arasında tez bir zamanda məşhurlaşan “London taksiləri”ni bura aid etmək olmaz. Çünki, müşahidələr göstərir ki, bu taksilər ölkədəki digər taksilərlə müqayisədə müştəridən daha çox xidmət haqqı tələb edir.
Məsələn, “London taksiləri”nə 10 manat ödəyərək getdiyimiz yolu bu gün digər taksi xidmətlərinə müraciət edərək daha ucuz, 5-6 manata gedə bilirik.
Görünən odur ki, mövcud vəziyyətin təsirilə taksi fəliyyəti sahəsində rəqabət mühiti yaranıb. İşsizlərin də töhfə verdiyi bu mühit ən azı vətəndaşa sərfəli qiymətə xidmət təklif edir.... Ona görə də bunu, “devalvasiyada qazandıqlarımız” silsiləsinə aid etmək olar. ..



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu