"Bankların bağlanması təbii haldır"- Mərkəzi Bank


“Mərkəzi Bank bankların fəaliyyətinə mütəmadi olaraq nəzarət edib”.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev bildirib.

Onun sözlərinə görə, bankların fəaliyyətində problem yaranan kimi Mərkəzi Bank bu çətinliyin həllinə çalışıb, müvafiq tədbirlər görüb:

“Mərkəzi Bank bankların müştəriləri qarşısında vəzifə və öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edib. Ən son tədbir kimi bankların lisenziyası alınıb. Bankların fəaliyyətində problemlərin yaranmasına qlobal iqtisadi proseslər səbəb olub. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı, bank sistemi dünya iqtisadiyyatına inteqrasiya edib. Xüsusi olaraq dünya bazarında neftin qiymətində azalma müştərilərin vəziyyətinə təsir edib. Bu isə bankların vəziyyətinin pisləşməsinə və son nəticədə lisenziyaların alınmasına səbəb olub. Yəni, bankların bağlanma prosesi təbii haldır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu