Büdcəsinin 40 dollardan nəzərdə tutulması risklidirmi?-


Maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanın gələn il üzrə dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar götürülüb. Neft birjasında qiymətlə hər an dəyişir. Buna həm siyasi, həm də iqtisadi amillər təsir edir. Bəs, 2017-ci ildə neftin qiyməti necə proqnozlaşdırılır? Gələn ilin büdcəsində neftin bir barel qiyməti 40 dollar nəzərdə tutulması risklidirmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Qaynarinfo.Az-a sualları cavablandırarkən bildirib ki, neftin gələn ilki qiyməti indiki qiymətdən yuxarı olacaq: “Ümumiyyətlə, gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti gələcək proqnozlar üçün uyğun olub-olmadığını zaman göstərəcək. Çünki neft birjadakı qiymətini hər an dəyişir. Ona görə neftin qiyməti adətən illik orta qiymət səviyyəsində müəyyənləşdirilir. Misal üçün, ötən il Azərbaycan neftinin orta illik qiyməti 54 dollar olub. Bu Maliyyə Nazirliyinin açıqladığı məlumatdır. Cari il üçün çox güman ki, qiymət 46-47 dollar civarında olacaq. Gələn il neftin qiyməti indiki qiymətdən yuxarı olacağını düşünürəm. Gələn il üçün Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan 40 dollar kifayət qədər risklərə hesablanmış rəqəmdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu