“Bunun dollar kreditinə nə dəxli var?”- Millət vəkili


“Kimsə toy edibsə, mebel alıbsa, bunun dollar kreditinə nə dəxli var? Buna görə də əhali ömrü boyu banklara borclu qalır”.

Bunu millət vəkili Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, vaxtında bu problem həll olmasa, dövlətin xərcləri artacaq, banklar çökəcək və əhalinin narazılığı daha da artacaq: “Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Ona görə ki, banklar bu sahədə manipulyasiya edib adamları aldadıblar. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur”. (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu