Azərbaycan nefti hansı ölkələrə ixrac olunur?


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ümumilikdə 15,1 mln. ton Azərbaycan mənşəli xam neft ixrac edilib.

SOCAR-dan “Report”a verilən məlumata görə, ixrac əməliyyatları Avropa və Aralıq dənizi regionu, habelə Asiya və Şimali Amerika istiqamətində olub.

Qeyd edilir ki, ixrac edilən xam neftin əsas hissəsi İtaliyaya (24%), Tayvana (13%), Fransaya (9%), Almaniyaya (8%), İsrailə (7%) və Hindistana (6%) təchiz edilib. “Digər həcmlərin ixrac istiqamətləri sırasında Portuqaliya, Çexiya, Tunis, İndoneziya, Xorvatiya, İspaniya, Tayland, Çin, ABŞ, Avstriya kimi ölkələri qeyd etmək olar", - deyə Şirkətdən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu