İnvestorlar kütləvi şəkildə fond bazarından çıxır


Bu il investisiya fondlarından 200 mlrd. dollar həcmində kapital axını baş verib

Aktiv investisiya fondlarından 2016-cı ildə 200 mlrd. ABŞ dolları həcmində kapital axını baş verib. Burada amerikalı investorlar xüsusi fəallıq göstərirlər.

"Report"un "Vesti.ru"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın "Merrill Lynch" bankının hesabatında bildirilib. Hesabata əsasən, bu, rekord həcmdə itki hesab edilir.

Buna səbəb kimi uzun illər mərkəzi banklar tərəfindən mövcud bazar şərtlərinin pozulması, bazarda dalğalanmanın azalması, investisiya fondlarının tələb etdiyi yüksək xərclər göstərilir. ABŞ-da 2016-cı ildə aktiv fondlardan kapital axını son 5 ildə maksimal həddə çataraq 16,9 mlrd. dollar təşkil edib. Dövriyyədən çıxan vəsaitin çox hissəsi kənarda qalıb, yalnız kiçik bir hissəsi passiv fondlara yönəlib.

Bununla yanaşı, ETF-lərə (qiymətli kağızlar birjasi indeksi fondlarına) maraq artıb. Həftə ərzində ETF-lərə 2,4 mlrd. dollar yönəldilib. ETF-lərə marağın səbəbi indekslərin qiymətinin ardıcıl 7 ildir hedc fondlarının gəlirliliyini üstələməsi amili olub. Hedc fondlarında isə vəziyyət daha pisdir. Belə ki, "eVestment" konsaltinq şirkətinin hesabatına görə, sentyabrda hedc fondlarından 10 mlrd. dollar, III rübdə isə ümumilikdə 29,2 mlrd. dollar vəsait çıxardılıb. Bu, son 7 ilin ən iri kapital axını hesab edilir. 2016-cı ildə isə hedc fondlarından 60 mlrd. dollar çıxarılıb.

Buna baxmayaraq, kapital axını fond birjası indekslərinin düşməsinə gətirib çıxarmayıb. Lakin ekspertlər kapital axınının sürətlənməsi ilə fond bazarında kəskin enişin ola biləcəyini proqnozlaşdırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu