Dollar yenə bahalaşdı


Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,12 faiz artaraq 1,7339 səviyyəsində müəyyən olunub.

Bu gün dollar 1,7318 manata bərabər olub.

Dekabrın 1-də AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7318 məzənnəsi ilə başlayıb və 1,7338 məzənnəsi ilə yekunlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu