Dolar yenə bahalaşdı


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7339 manat məzənnəsi ilə başlayıb və 1,7369 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Artım 0,17% təşkil edib. Dekabrın 7-nə olan yekun məzənnənin artması mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu