Banklara ŞOK: Məhkəmə QADAĞASI


Azərbaycanda fəaliyyət göstərən bankların qarşısında maraqlı bir tələb qoyulub.

Bank sektorundakı mənbələrdən AFN-ə verilən xəbərə görə, bütün banklara problemli kreditlərlə bağlı məhkəmələrə müraciət etməyin mümkün qədər azaldılması tələbi qoyulub. Məlumatda qeyd edilir ki, bu mövzuda tapşırıq bir neçə gün əvvəl banklara daxil olub: “Səbəbi bilinməsə də yekdil rəy ondan ibarətdir ki, insanları çətin duruma salmaq istəmirlər, yəni sosial partlayışdan qorxurlar. Son günlər bir neçə yerdə qazın, işığın qiymətinin artması ilə əlaqəli narazılıqlar, etiraz aksiyaları olub. Məlum məsələdir ki, insanların sosial güzəranına ciddi təsir edən amillərdən biri də banklara olan kredit borclarıdır. Xüsusilə məhkəməlik olan borclar əhalini təşvişə salır, məhkəmə qərarları ciddi narahatlıq yaradır. Buna görə də banklara tapşırılıb ki, məhkəmələrə müraciət etməsinlər, mümkün qədər insanlarla yumuşaq dildə danışaraq borcların ödənməsini təşviq etsinlər”.

AFN məsələ ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun da mövqeyini alıb. Onun sözlərinə görə, belə bir tapşırığın verilməsi mümkündür: “Amma bankların özü də kütləvi məhkəmə işlərində maraqlı deyil. Bu qədər işi aparmağa resursları yoxdur. Hazırda banklar yalnız əsasən girov təminatı olan kreditlər üzrə məhkəməyə müraciət edirlər. Girovsuz kreditlər onsuz da batmış kimidir: məhkəməni bank udsa da krediti qaytara bilməyəcək əksər hallarda. Hər halda, məhkəmə işlərinin sayı artır ki, azalmır. Yeri gəlmişkən, məhkəmələrin də yükü artır, buna görə də dediyiniz göstəriş bununla bağlı ola bilər. Belə getsə, məhkəmələr özü iflic olacaq”.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu