Niyə təngə və rubl üzə bilir, manat yox?

Xəbərin çap versiyası
Tarix: 5-01-2017, 23:33    |    Xəbər oxunub: 580 dəfə
Niyə təngə və rubl üzə bilir, manat yox? MDB-nin resurs ölkələri içərisində iqtisadiyyatın şaxələnməsinə görə Rusiya və Qazaxıstan lider, Türkmənistan və Azərbaycan autsayderdi.

AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspet Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, iqtisadiyyatın dollarlaşma səviyyəsinə görə, Azərbaycanın uyğun göstəricisi həm Rusiyadan, həm Qazaxıstandan az qala 2 dəfə yüksəkdir - bu arqumentindən dərininə getmirəm:

"Hər bir təhlilçinin sərbəst məzənnə rejiminə keçidin mümkün olub-olmaması məsələsində öz arqumenti var. Mənim arqumentim yalnız ödəmə balansına söykənir.
3 ölkənin ödəmə balansının nəticələrini nəzərdən keçirək:

Azərbaycan - 1.2 mlrd. USD kəsir yaranıb. Maliyyə hesabının kəsiri 2 mlrd. USD olub. Cari hesablar balansını kəsiri də 1.1 mlrd. USD olub. Yalnız valyuta ehtiyatlarının 1.2 mlrd. əriməsi və ölkəyə uşota ailınmayan kanallar vasitəsilə daxil olan valyuta kütləsi hesabına tədiyə balansının açığını qapatmaq mümkün olub.

Qazaxıstan - tədiyyə balansında 250 mln. USD müsbət saldo yaranıb. Birbaşa investisiya kimi ölkə iqtisadiyyatına 15.2 mlrd. USD sərmayə daxil olub. Cari hesablar balansında 5.5 mlrd. USD kəsir yaransa da, maliyyə hesabının kanalları üzrə ölkəyə valyuta axınlarının üstün həcmdə daxil olması tədiyyə balansının kəsir yaranmasına imkan verməyib

Rusiya - tədiyyə balansında 10.1 mlrd. USD müsbət saldo yaranıb. Ölkədən kapital axını ən pik göstərici ilə müqayisədə 5 dəfədən çox azalıb. Qazaxıstandan fərqli olaraq ölkəyə birbaşa və portfel investisiyaların həcmi kiçikdir və nəticədə maliyyə hesabı çərçivəsində ölkəyə nəinki valyuta axınları olub, əksinə ölkənin maliyyə öhdəlikırində (-) 13 mlrd. USD-ə azalma qeydə alınıb. Əvəzində cari hesablar balansında 15 mlrd. USD-dən çox müsbət saldo yaranıb, Rusiya bankların xaricdəki aktivlərin geri gətirilməsi sayəsində ölkəyə 23 mlrd. USD vəsait daxil olub. Nəticəni bir daha xatırladıram - Rusiyanın tədiyə balansında 10 mlrd. USD-dən çox profisit yaranıb.

Diqqət edin - bu ölkələrin hər ikisində tədiyyə balansının ən mühüm 2 hesabından birində müsbət saldo yaranıb və bunun sayəsində valyuta bazarında sabitliyi təmin etmək mümkün olub. Azərbaycan hər 2 hesabda defisit qeydə alınıb.

Və son nəticə - hazırda Rubl dollar qarşısında ən uczulaşdığı həddlə (79 rubl=1 USD) müqayisədə 25% dəyər qazanıb (hazırda 59.5 rubl=1USD).

Hazırda təngə dollar qarşısında ən uczulaşdığı həddlə (384 təngə=1 USD) müqayisədə 14% dəyər qazanıb (hazırda 333 təngə=1 USD).

Azərbaycan manatı isə əksinə son 1 ildə dollar qarçısında ən yüksək dəyər qazandığı həddlə (1.43 manat =1 USD) müqayisədə 24% dəyər itirib (hazırda 1.77 manat=1 USD).
B
ir maraqla nüans da: Qazaxıstan Mərkəzi Bankının valyuta ehtiyatları 2014-cü ilin iyulundan indiyədək 3 mlrd. USD artaraq 30 mlrd. USD çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 4 dəfəyədək azalaraq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

İraqda 38 İŞİD-çi edam olunub

İraqda 38 İŞİD-çi edam olunub

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Türkiyə XİN:

Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

Ərdoğanın baş müşaviri istefa verib

Ərdoğanın baş müşaviri istefa verib

"Dəmirbank" "əriyir": Əmanət və kreditlərə "stop"

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur