Mənzillərin qiymətləri ucuzlaşacaq


Hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur.

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert Azərbaycanda mənzillərin qiymətinin necə dəyişəcəyi ilə bağlı ünvanlanan suallara aydınlıq gətirib:

“Xatırlayırsınızsa, 2013-cü ildə Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdildiyi və qiymət azalmalarının qaçılmaz olduğunu bildirmişdim. Xüsusən də son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir. Bu ilin I yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir. Alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Həmçinin Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar.

Digər tərəfdən, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır”.

İqtisadçı bildirib ki, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq:

“Milli valyutanın bazar dəyəri müəyyənləşməzsə, yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək. Bu isə yeni qiymət azalamları deməkdir. Ona görə də hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu