Onlayn ödənişlər zamanı ƏDV yalnız xidmətlərə tətbiq olunacaq

Xəbərin çap versiyası
Tarix: 7-01-2017, 16:45    |    Xəbər oxunub: 238 dəfə
Onlayn ödənişlər zamanı ƏDV yalnız xidmətlərə tətbiq olunacaq “Azərbaycan Respublikasının hüdudlarından kənarda hotel xidmətləri və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur”.

“Report” xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklərdə qeyd edilib.

Yeni dəyişikliklərə əsasən, hotel, bilet və mallar istisna olmaqla, xarici onlayn dükanlara edilən ödənişlərə 18%, xarici elektron pul kisəsi əməliyyatlarına görə isə 10% ƏDV tutulacaq.

Artıq 2017-ci ilin başlaması ilə Məcəllənin həmin müddəaları da qüvvəyə minib. Vergilər Nazirliyindən “Report”a bildirilib ki, vətəndaşın xarici elektron dükanlardan aldığı hər hansı məhsula görə heç bir ƏDV tutulmur: “ƏDV-nin tətbiqi yalnız xidmətlərə aiddir. Fiziki şəkildə görünən hansısa məhsulun alınmasına vergi tətbiq edilmir”.

Qeyd edək ki, ilin əvvəlindən bəzi kommersiya bankları müştərilərinə xəbərdarlıq edib ki, yalnız "Amazon.com" və "eBay.com" elektron dükanlarından alınan mallar üzrə ƏDV hesablanmayacaq. Digər elektron alış-veriş saytlarından alınan mallar üzrə 18%-lik ƏDV tətbiq edilir. Nazirlik rəsmisi isə bu məlumatın yanlış olduğunu açıqlayıb.

Vətəndaşları çaşdıran digər məsələ isə aviabiletlərlə bağlıdır. Belə ki, yeni ilin gəlməsi ilə sosial şəbəkələrdə aviabiletlər üzrə ƏDV hesablanmaması qaydasının yalnız aviaşirkətlərin rəsmi saytına aid olması iddiasına daha çox rast gəlinir. İddialara görə, digər onlayn satış saytlarından alınan aviabiletlərə görə ƏDV tətbiq ediləcək.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən “Report”a bildirilib ki, aviabilet və hotel xidmətlərinin sifarişinə istisnasız olaraq ƏDV tətbiq edilmir.

Qeyd edək ki, Vergi Məcəlləsinə ümumilikdə 201 əlavə və dəyişiklik edilib. Həmin dəyişikliklər 2016-cı il dekabrın 16-da təsdiq edilib və bU ildən qüvvəyə minib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

173 manatla bir ay yaşamaq olarmı?-

173 manatla bir ay yaşamaq olarmı?- Əli Məsimli hökumətə səsləndi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə:

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə: nazirlik komissiya yaratdı

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

İlham Əliyev:

İlham Əliyev: “NATO ilə əməkdaşlığın böyük potensialı var”

Hərbçimizin meyiti təmas xəttində tapılıb

Hərbçimizin meyiti təmas xəttində tapılıb

BQXK Dilqəmlə Şahbaza baş çəkib

BQXK Dilqəmlə Şahbaza baş çəkib

İşğalçı orduda daha 3 cinayət  hadisəsi baş verib

İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur