Azərbaycanda dərmanların da qara bazarı formalaşır

Xəbərin çap versiyası
Tarix: 8-01-2017, 00:49    |    Xəbər oxunub: 315 dəfə
Azərbaycanda dərmanların da qara bazarı formalaşır 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir.

AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspet Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır:

"Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır. Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılmış, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni qara bazarı formalaşmışdır. Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin,pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtılə 50 manata olan albumin hazırda 110 manata,40 manata olan TAD 600 80 manata, 12 manata olan paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas probıemlərdən biri də dərmanların keyfiyyətidir. Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsində daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman peraparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki,dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əzcaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məktəblərin reytinq cədvəli necə hazırlanır?

Məktəblərin reytinq cədvəli necə hazırlanır?

Kürdlərin referendumu başa çatdı-

Kürdlərin referendumu başa çatdı- səslər hesablanır

AVRO-2017:

AVRO-2017: Azərbaycan voleybolçuları 1/4 finala vəsiqə qazanıb

Daha iki uşaq atasız qaldı:

Daha iki uşaq atasız qaldı: intihar

"Səudiyyə Ərəbistanı Qarabağ məsələsində Azərbaycanın yanındadır"

Bakıda “Turizm həftəsi”nə start verilir

Bakıda “Turizm həftəsi”nə start verilir

Prezident milli komandamızın oyununa baxır

Prezident milli komandamızın oyununa baxır

İlham Əliyev yol tikintisinə 21 milyon ayırdı

İlham Əliyev yol tikintisinə 21 milyon ayırdı

Cəlilabadda bələdiyyə ərazisində yanğın baş verib

Cəlilabadda bələdiyyə ərazisində yanğın baş verib

Təhsil Nazirliyi müsabiqədə uğur qazanan müəllimlərə qarşı-

Təhsil Nazirliyi müsabiqədə uğur qazanan müəllimlərə qarşı- ŞİKAYƏT

Əmək miqrasiyası kvotası təkmilləşdirilir-

Əmək miqrasiyası kvotası təkmilləşdirilir- FOTOLAR

Ön xətdə yerləşən hərbi hissədə döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib-

Ön xətdə yerləşən hərbi hissədə döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur