Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 14:10    |    Xəbər oxunub: 154 dəfə
Dövlət əmlaklarının  özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib. Qeyd edək ki, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir.

10 yanvarda baş tutan hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcəkdir.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub.

Özəlləşdirilmiş kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. Bu əmlaklar Bakıda, Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (H.Əliyev pr.139A) baş tutmuş hərracda özəlləşdirilib.

Həmin gün regionlarda da hərraclar baş tutub. Bu hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib.

Regionlarda keçirilmiş hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak paytaxtın Binəqədi rayonunda yerləşən "Araz" Avtomotoservis Müəssisəsi olub. Müəssisə 717 min 600 manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb.

Paytaxtda özəlləşdirilmiş 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanıda yerləşir.

Fiziki və hüquqi şəxslər belə kiçik müəssisələri və qeyri-yaşayış sahələrini əsasən biznes məqsədilə istifadə üçün özəlləşdirirlər. Çünki belə obyektlər sahibkarlıq fəaliyyəti baxımından kifayət qədər əlverişlidir. Yaxud belə əmlaklara yiyələn alıcılar sonradan həmin əmlakı icarəyə verməklə də gəlir mənbəyinə çevirə bilir. Mühüm üstünlük isə hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.

Dövlət əmlaklarının  özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib

Dövlət əmlaklarının  özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

173 manatla bir ay yaşamaq olarmı?-

173 manatla bir ay yaşamaq olarmı?- Əli Məsimli hökumətə səsləndi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə:

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə: nazirlik komissiya yaratdı

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

İlham Əliyev:

İlham Əliyev: “NATO ilə əməkdaşlığın böyük potensialı var”

Hərbçimizin meyiti təmas xəttində tapılıb

Hərbçimizin meyiti təmas xəttində tapılıb

BQXK Dilqəmlə Şahbaza baş çəkib

BQXK Dilqəmlə Şahbaza baş çəkib

İşğalçı orduda daha 3 cinayət  hadisəsi baş verib

İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur