Verdiyimiz 12 təklif hakimiyyətdə tədqiq olunur- Qubad İbadoğlu

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 19:22    |    Xəbər oxunub: 155 dəfə
Verdiyimiz 12 təklif hakimiyyətdə tədqiq olunur- Bəli, biz Azərbaycan iqtisadiyyatını bu duruma salanlara dərs veririk. Çünki hakimiyyət komandası səbatsız siyasətilə milli iqtisadiyyatın onurğa sütununu qırıb, belini əyib.

AFN xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu dünənki müşavirədə prezident İlham Əliyevin ifadə etdiyi fikrə münasibət bildirib: "Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil."
Bu açıqlamaya iqtisadçı olaraq fikir vermək istəmədiyini, amma açıqlamanın ətrafında gedən müzakirələri və sosial sifarışləri nəzərə alaraq sizlərlə aşağıdakı fikirlərini bölüşmək qərarına gəldiyini bildirib: "Əvvəla, qeyd edim ki, biz iqtisadiyyatçı deyil, iqtisadçıyıq, həqiqətən də Azərbaycan iqtisadiyyatını bu duruma salanlara dərs veririk. Nəinki 1-2, hətta 3-5 il bundan əvvəl verdiyimiz proqnozların bu gün özünü tam doğrultması da buna əyani sübutdur. Biz iqtisadçılar hakimiyyət komandasında olanlar kimi gələcəyə falçı (2040-cı ilədək neft dövrünün proznozlaşdırılması, neftin yenidən bahalaşacağı röyaları) kimi deyil, dərin və hərtərəfli tədqiqatlara əsaslanan proqram və konsepsiyalarla əsaslanaraq baxırıq. Əyriyə əyri, düzə düz deyirik. Amma nə yazıqlar olsun ki, hakimiyyət komandası çoxdan milli iqtisadiyyatın onurğa sütununu qırıb, belini əyib.
İkincisi, hesab edirəm ki, bu açıqlama müstəqil iqtisadçıların artan nüfuzundan irəli gəlir. Hakimiyyətin iqtisadi komandasının son illərdəki uğursuzluğu fonunda bu, daha aydın görsənir. Ölkənin cağdaş iqtisadi durumu buna əyani misaldır. Əhalinin çox böyük əksəriyyəti bu hakimiyyətin yalnış, səbatsız iqtisadi siyasətinin nətciələrini gündəlik həyatında, güzəranında hiss edir, bu zəngin ölkədə istehlak ehtiyaclarını hətta minimal səviyyədə belə ödəyə bilmirlər. Çünki ölkədə işsizlik, yoxsulluq, cinayətkarlıq, intiharlar ildən ilə artır. Azərbaycandan ağıllı və işgüzar inasanlar, kapital və beyin məhsulları qaçır. Bu vəziyyətdə əhali doğrunu danışanlara, mövcud vəziyyəti dürüst qiymətləndirənlərə daha çox inanır. Belə olanda da təbii ki, hakimiyyətə və onun iqtisadi komandasına inam və etibar azalır. Görünür, belə narahatçılığı yaşayanlar özlərini sığortalamaq üçün prezident səviyyəsində bu cür ucuz açıqlamaya ehtiyac görüblər. Hesab edirəm ki, səhv ediblər. Ölkənin bütün insanlarına dəyər verilməli, onları qısqanmamalı, bütün vətəndaşlar, xüsusilə də zehni işlə məşğul olanlar Azərbaycanın gələcəyi üçün potensial və perspektiv imkan kimi qiymətləndirilməlidir. Yalnız bu yanaşma ölkəni yaranmış ağır sosial-iqtsiadi və siyasi böhrandan çıxara bilər.
Üçüncüsü, bu günlərdə apardığım analizlər göstərdi ki, hələ ötən ilin əvvəlində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Prezident Aparatına təqdim etdiyi Azərbaycanın rifahı naminə 1 il üçün "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi" nə daxil olan 12 təklif hazırda bu hakimiyyət tərəfindən tətbiq olunur. Həmin təkliflərin yer aldığı fərman və sərəncamlara prezident özü imza atıb.
Nəhayət, onu da əlavə edim ki, müstəqil iqtisadçıların təklifləri yalnız Azərbaycanda deyil, digər postsovet ölkələrinin hökümətləri tərəfindən də tətbiq olunur. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın müstəqil iqtisadçılarının peşəkar mövqeyi əsas götürülür, onlar nəzərə alınmaqla qlobal səviyyəli siyasət qərarları qəbul olunur. Ona görə də, əksinə yerli iqtisadçıları rişxənd obyektinə çevirilməməli, onların qazandıqları nailiyyətlər Azərbaycan brendi kimi təqdim olunmalıdır.
Son olaraq hakimiyyət komandasında təmsil olunan yüksək ranqlı iqtisadçilarla Azərbaycan iqtisadiyyatının hazırkı problemlərinə həsr olunmuş istənilən mövzuda ictimai debata hazır olduğumu bəyan edirəm".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Elman Rüstəmov:

Elman Rüstəmov: "Kriptovalyuta yüksək riskli investisiya aktividir"

Sürücülərə bəd xəbər-

Sürücülərə bəd xəbər- Xəbəriniz olmadan vəsiqəsiz qala bilərsiniz

YAP-çı deputat parlamentdə bankları sərt tənqid etdi

YAP-çı deputat parlamentdə bankları sərt tənqid etdi

Quldurluqda ittiham olunan gənc futbolçu məhkəmə zalında həbs edildi

Quldurluqda ittiham olunan gənc futbolçu məhkəmə zalında həbs edildi

Qənirə Paşayeva

Qənirə Paşayeva "Gənclərin dostu" Milli Mükafatına layiq görülüb- VİDEO+FOTO

"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənilib

AST Telman Lotu Qulinin həyatını necə xilas etdi?

AST Telman Lotu Qulinin həyatını necə xilas etdi?

Nigeriyada məsciddə terror aktı törədildi

Nigeriyada məsciddə terror aktı törədildi

Livan İsraillə sərhəddə tam döyüş hazırlığı elan etdi

Livan İsraillə sərhəddə tam döyüş hazırlığı elan etdi

Türkiyə NATO ilə əlaqələri kəsməyəcək

Türkiyə NATO ilə əlaqələri kəsməyəcək

“Məzun evi”nin sakinləri “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyasına qoşulublar

“Məzun evi”nin sakinləri “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyasına qoşulublar

Hərracda 18 dövlət əmlakı özəlləşdirilib

Hərracda 18 dövlət əmlakı özəlləşdirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur