Neftin qiyməti bahalaşdı



Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco Oil Co.”-nun rəhbəri Amin Nasserin verdiyi açıqlamalar fonunda neftin qiyməti bahalaşmağa başlayıb.

AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,16 faiz artaraq 52,98 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1 faiz artaraq 56,42 dollar olub.

Qeyd edək ki, Amin Nasser ticarət məlumatlarına əsasən bidlirib ki, "qara qızıl” bazarında tələb və təklifin balansı öz yerini tutmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu