Banklar manatı “öldürür”: Uzun müddət üçün əmanət qəbulu dayandırıldı



Əhali banklardakı manat vəsaitlərini 2 ildən artıq saxlamaqda maraqlı deyil. Səbəb 10 il müddətinə manatın dəyərinin proqnozlaşdırılmasının çətin olmasıdır. Azərbaycan Beynəlxalq Bankı milli valyutada 3-10 illik əmanət cəlb etməyi dayandırıb. Artıq bank 24 ayadək əmanət qəbul edir. Əmanət faizləri müddətdən və faizlərin ödənilməsi formasından asılı olaraq 11-13% təşkil edir.

Məəslə ilə əlaqədar Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, banklar risklərini sığortalamaq üçün qısa müddətə depozit cəlb edirlər: “Banklar risklərini sığortalamaq üçün depozitlərin cəlb olunmasını qısamüddətli edirlər.

Qısamüddətli dövr üçün vəsaitlərin cəlb edilməsi, kreditlərin verilməsi kimi bankların mövcud siyasəti strateji əhəmiyyət daşımır. Öz planlarını qurmaq imkanına malik olmadıqları üçün banklar nəinki uzunmüddətli, hətta qısamüddətli dövr üçün vəsaitlərin cəlb edilməsi, saxlanılmasına zəmanət verə bilmir”. V.Bayramovun sözlərinə görə, bankların bu addım milli valtuyaya inamı sarsıdır, həmçinin banklarda strateji planlaşmanın zəif olması kimi xarakterizə olunur.

Qeyd edək ki, Beynlxalq Bank həmçinin, “Multivalyuta”, “Yığım”,“Avans”,“Uşaq”, “Qızıl depozit”, “Pensiya” yığım əmanət növləri və “Əmanət kartı” məhsulunu ləğv edib. Bundan başqa, Avro, İngilis funt sterlinqi və Rusiya rublu valyutasında əmanətlərin qəbulu dayandırılıb. Beynəlxalq Bankın uzunmüddətli əmanət qəbulunu dayandırması və əmanət faizlərini qaldırması 20 illik ipoteka barədə gözləntiləri azaldır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu