30-dan artıq sahibkar bu gündən Azexport.az-la əməkdaşlığa başlayır




Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan 30-dan artıq sahibkar bu gündən Azexport.az-la əməkdaşlığa başlayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil olunan görüşdə iş adamları ilə Azexport portalını rəhbəri Zaur Qardaşov görüşüb. O bildirib ki, Azərbaycanda sahibkarlıqla məşğul olan şirkətlər Azexporta məhsullarını əlavə etməkdə maraqlıdır. Bunun da nəticəsi olaraq, yerli məhsullara Çin, Rusiya, Gürcüstan, Misir, Bolqarıstan, Türkiyə,Belarus, Pakistan, və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, nar şirəsi, alma, viski və ölkələrdən böyük həcmdə sifarişlər daxil olub.

Daha sonra portalla əməkdaşlıq edən şirkətlərin təmsilçilərinə məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edilib, portal barədə ətraflı məlumat verilib. Görüş zamanı həmçinin sahibkarlara qaranlıq qalan məqamlara aydınlıq gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu