“Facebook”da mühüm sistem istifadəyə verildi



"Facebook” korporasiyası Böyük Britaniyanın "TransferWise” şirkəti ilə birlikdə pulköçürmə funksiyasını beynəlxalq formatda istifadəyə verib.

AZƏRTAC "DNI24” resursuna istinadən xəbər verir ki, hazırda yeni funksiyadan yalnız Avstraliya, ABŞ, Kanada və Böyük Britaniyada, eləcə də bir sıra Avropa ölkələrində yararlanmaq olar. Lakin yaxın gələcəkdə dünyanın istənilən nöqtəsindən pul göndərmək və qəbul etmək mümkün olacaq.
Funksiya pulköçürmələr üzrə standart əməliyyatlarla yanaşı, məlumatlandırma baxımından da faydalıdır. Belə ki, yeni servis birja bazarlarındakı vəziyyət barədə rahat və vaxtında xəbərdar edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu