Ermənistan MSŞT-yə üzv oldu, amma...




"Ermənistanın MSŞT-yə qəbulu indiyə qədərki üzvlük məsələləri ilə müqayisədə çox uzun çəkdi. Azərbaycan hökümətinin Boqotaya ezam olunan nümayəndəsi Şahmar Mövsümövla birlikdə beynəlxalq idarə heyətinin üzvləri ilə apardığımız işin nəticəsi olaraq, demək olar ki, çıxış edənlərin hamısı Ermənistanın işğal etdiyi ərazilərdə hasilatla bağlı məlumatları onların açıqlayacağı MSŞT hesabatlarına daxil etməsinin əleyhinə oldular".

AFN xəbər verir ki, bununla bağlı MSŞT Koalisiyasının koordinatoru Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, yekunda bununla bağlı MSŞT sədri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlayacağını bildirib: "Beləliklə də Ermənistan MSŞT-nin 52-ci üzv dövləti oldu, amma o şərtlə ki, açıqlayacaqları hesabatlarda işğal altında olan Qarabağ ərazisindəki hasilat məlumatlarını daxil etməyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu