“Fitch” Azərbaycanda iqtisadi artım haqda




“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda iqtisadi artımı 0,2% səviyyəsində proqnozlaşdırır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Fitch”-dən məlumat verilib.

“Fitch” 2017-ci ildə Azərbaycanda ÜDM-in artımnıı 0,2% və 2018-ci ildə - 1,7% səviyyəsində qiymətləndirir”, - deyə agentlikdən qeyd ediblər.

Agentlik hesab edir ki, Azərbaycanda makroiqtisadi mühit neftin qiymətinin ucuzlaşması, dövlət investisiyalarının kəskin azalması, manatın devalvasiyası və hökumətin qısamüddətli sabitləşməyə yönəltməsindən ziyan çəkib.

“2016-cı ildə Azərbaycanda real ÜDM 3,8% azalıb, bu da Surinama və Venesueladan sonra agentlıiyin reytinq verdiyi ölkələr arasında ən pis üçüncü göstəricidir. Ötən il qeyri-neft sektoru 5,5%, tikinti sektoru - 27,6%, əsaslı sərmayələr - 41%, neft hasilatı - 1% azalıb”, - deyə agentlikdən vurğulayıblar.

Azərbaycan hökuməti 2017-ci ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu