Keyfiyyəti necə idarə etməli?- Təlim




Bakıda İqtisadiyyat Nazirliyinin və Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Sənaye sahəsində işləyən mütəxəssislər üçün treninqlərin təşkili” layihəsi çərçivəsində “Sənaye məhsulları üçün İSO:9001 beynəlxalq keyfiyyət standartı” mövzusunda təlimlərə başlanılıb.



2 gün davam edəcək təlimdə sənayenin qida, mebel, yüngül və tikinti sahələrində fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak edəcək. Treninqdə məhsulun keyfiyyəti, rəqabətqabiliyyətliyin yüksəldilməsində keyfiyyətin rolu, Keyfiyyət İdarəetmə Sistemi, keyfiyyət standartları və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılacaqdır. Qeyd edək ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, həyata keçirilən “Sənaye sahəsində işləyən mütəxəssislər üçün treninqlərin təşkili” layihəsinin məqsədi sənaye müəssisələrində çalışan mütəxəssislərin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu