Rusiya Azərbaycandan ixrac edilmiş 3,8 ton əti geri qaytarır




Azərbaycandan Rusiyaya ixrac edilmiş 3,8 ton ət geri qaytarılacaq.

APA-nın verdiyi məlumata görə, Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsinin Moskva, Moskvaətrafı və Tula üzrə müfəttişləri əti Rusiyaya ixrac edən şirkətin Azərbaycanda attestasiyadan keçmədiyini və ixracla bağlı xüsusi icazəyə malik olmadığını bildiriblər.

Ət ixrac edən firmaya geri qaytarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu