Dərman bazarında vəziyyət yaxşılaşır




"Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) istehlakçılar müraciət edərək dərman bazarındakı vəziyyətin sabitləşməsi barədə məlumatlar verirlər.Belə ki,qiymətlərin tənzimlənməsindən sonra əhalinin zəruri tələbatı olan dərmanların böyük hissəsi əhali üçün əlyetərli qiymətə düşmüşdür.



Dərman biznesi ilə məşğul olan iş adamlarının verdiyi məlumata görə dərman pereparatlarının qeydiyyatında əvvəllər olan süni baryerlər tam aradan götürülmüşdür ki, bu da dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsində ,biznes qurumların izafi xərclərdən azad olmasına stimul verir.Həmçinin Respublikaya idxal olunan dərman preparatlarının laboratoriya analizləri vaxtında və dəqiq aparılır ki, bu da idxal prosesinin tezləşməsinə kömək edir.Bütün bu müsbət halların həyata keçirilməsi Səhiyyə Nazirliyi analitik espertiza mərkəzinin rəhbərliyi və kollektivi tərəfindən aparılır.Cari ildən başlayaraq,dərman preparatlarının içliklərinin 100% həcmdə milli dildə tərtibatı həyata keçiriləcəkdir.Eyni zamanda AİİB-də olan məlumatlara əsasən uzun illərdir ölkədə satılan bioloji aktiv dərmanların (qida əlavələrinin) Səhiyyə Nazirliyi Analitik Ekspertiza mərkəzi tərəfindən nəzarətə götürülməsi məsələsinə də baxılır.Qeyd edək ki,qida əlavələrinin internet üzərindən və birbaşa satışı ilə bağlı ölkədə ciddi problemlər mövcuddur. Hazırda istənilən şübhəli dərman preparatının artikulunu SN-nin analitik ekspertiza mərkəzinə zəng etməklə pereparatın qeydiyyatdan keçib-keçməməsini asanlıqla dəqiqləşdirmək olar. AİİB əhali arasında maarifçilik işi apararaq içliyi milli dildə olmayan dərmanların alınmasına,xüsusən xaricdən gəlmiş həkimlərin özlərinin birbaşa verdikləri dərmanlarla ehtiyatlı olmalarını təbliğ edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu