Şəkidə gənclər üçün treninq keçirilib




Aprelin 18-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün treninq keçirilib.



“Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması” və “Marketinq” mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi, biznes planın tərtib olunması, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə geniş məlumat verilib. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu