Nazirlər Kabineti Ehtiyat Fondundakı vəsaitlərin 68%-ni ABB-yə yönəltdi




Azərbaycan hökuməti 2016-cı ildə dövlət büdcəsinin Ehtiyat Fondundakı vəsaitlərin 68%-ni Azərbaycan Beynəlxalq Bankının (ABB) kapitalının artırılmasına yönəldib.

“İnterfaks-Azərbaycan” Hesablama Palatasının materiallarına əsasən bildirir ki, ötən il dövlət büdcəsinin Ehtiyat Fondu üzrə 831 mln. 380,4 min manat vəsait nəzərdə tutulsa da, faktiki məbləğ 828 mln. 972,8 min manat təşkil edib.

“Fond üzrə icra edilmiş vəsaitin 77,5%-i 3 qurum üzrə olub. Belə ki, bu göstərici “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə 68,0%, Mərkəzi Seçki Komissiyası üzrə 5,7%, Müdafiə Nazirliyi üzrə 3,8% olub”, - deyə məlumatda bildirilir.

Ötən il dövlət büdcəsinin Ehtiyat Fondundan 68 layihə maliyyələşdirilib. Maliyyələşdirilən layihələr arasında Təhsil Nazirliyi (7) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (6) layihələri üstünlük təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu