Yevlaxda biznes inkubator iştirakçıları üçün treninq keçirilib





Mayın 26-da Yelaxda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun gənc rezidentləri üçün treninq keçirilib.



AFN xəbər verir ki, “Biznes planların hazırlanması” və “Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi” mövzularını əhatə edən treninqdə biznes plan və onun tərtib edilməsi, biznesin növləri və təşkilati-hüquqi formaları, biznes mühiti, mövcud və yeni ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, məhsul ixracatçılarına tətbiq edilən güzəştlər və s. barədə ətraflı məlumat verilib. Tədbirdə iştirakçılara İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib. Bu xidmətlərin bəziləri "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu