Azərbaycan Rusiyadan irəlidə, Ukraynadan geridədir




Baş qərargahı ABŞ-ın Nyu York şəhərində yerləşən Təbii Resursların İdarə edilməsi İnstitutu 2017-ci il üçün qlobal indeksini açıqlayıb.

Resursların İdarə edilməsi İndeksi üzrə araşdırmaya dünyanın neft-qaz və dağ-mədən ehtiyatları ilə zəngin olan 89 ölkəsi cəlb edilib. Azərbaycan bu ölkələr arasında 100 mümkün xaldan 47 xal toplayaraq 47-ci olub. Postsovet ölkələri arasında Rusiya 50, Özbəkistan 80, Türkmənistan isə 88-ci yerdə qərarlaşaraq, Azərbaycandan pis, Ukrayna 44, Qırğızıstan 38, Qazaxıstan isə 25-ci yerdə qərarlaşaraq Azərbaycanda yaxşı nəticə göstəriblər. Bu reytinq cədvəlində 1-ci beşliyi ardıcıl olaraq Norveç, Çili, Böyük Britaniya, Kanada və ABŞ bölüşüb.
Rəqəmləri müqayisə edən iqtisadçı ekspert Qubar İbadoğlu bildirib ki, bu indeks üzrə Azərbaycan 2013-cü ildə 58 ölkə arasında 28-ci olmaqla, 48 xalla “zəif” yer tutub: "Bir zəruri qeydi də nəzərinizə çatdırım ki, 2017-ci ildə açıqlanan Resursların Idarə edilməsi İndeksi Azərbaycan MSŞT-dən çıxandan əvvəl hazırlanıb".
Maraqlananlar hesabatın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər:

resourcegovernanceindex.org



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu