Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir

Xəbərin çap versiyası
Tarix: 30-04-2015, 14:58    |    Xəbər oxunub: 2 015 dəfə
Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir ElanExspo şirkətinin təşkilatçılığı ilə Bakı Expo Mərkəzində Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları sərgisi başlayıb.

AFN.az xəbər verir ki, bu sərgi Azərbaycanda ilk dəfə keçirilir. Qeyd edək ki, sərgiyə bir sıra dövlət şirkətləri və strukturları öz dəstəyini verib. Burada AzPromo, AzərYolServis, TUSİAB, ATİB, Bələdiyyə və bir sıra İcra Hakimiyyətlərinin birbaşa dəstəyini görmək mümkündür. Tədbirə həmçinin “Atılım Fuarcılık” şirkəti dəstək göstərib. Mayın 2-dək davam edəcək sərgidə 7 ölkədən 70-dən artıq şirkət iştirak edir. Müxtəlif növ mebellərin, xalçaların hazırlanmasını həyata keçirən bu şirkətlərdən bir çoxu artıq Azərbaycanda da tanınsa da, bəziləri ölkəmizə yeni gəlmək arzsusundadır. Sonuncu tip şirkətlər öz məhsulları ilə sərgidə iştirak etməklə burada müştəri axtarırlar. Onlar arasında Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Koreya başda olmaqla 7 müxtəlif ölkədən nümayəndələr görmək mümkündür.

Hər cür mebel və aksessuarları, dekorasiya məhsulları, ev parçaları və bütün xalı növlərinə qədər sektor məhsullarının sərgilənəcəyi Azərbaycan DecorExpo, sektor Professionallarının və Azərbaycan xalqının dünya brendlərini sərfəli qiymətlərlə satın alabiləcəyi bir platforma olacaqdır. Son illərdə iqtisadi cəhətdən qüvvətlənən Azərbaycan firmaları yeni səhmdarlar, kommersiya həmkarlıqları təsis etməyin ən sərfəli yolunu DecorExpo Sərgisində tapacaqlar. Ev layihələrinin sürətlə dəyişdiyi Azərbaycanda mebel və dekorasiya məhsullarına qarşı tələbat hər ötən gün artır. Bu cəhətdən DecorExpo bölgənin tək mebel, ev parçaları, xalça və ev əşyaları sərgisi olaraq dünya brendlərinin, axırıncı moda məhsullarını ətraflı bir məhsul əhatəsi ilə Azərbaycan firmalarının və xalqının zövqünə təqdim edəcəyi və beynəlxalq firmaları Azərbaycan firmaları ilə bir araya gətirən yeganə kommersiya mərkəzi olacaqdır.

Baku Expo Center və “Nəriman Nərimanov”, “Koroğlu”, “Sahil” metro stansiyalarında sərgi müddətində hər saat başında qarşılıqlı olaraq (sərgi sahəsi – metro stansiyaları / metro stansiyaları – sərgi sahəsi) hərəkət edəcək olan pulsuz maşınlarla DecorExpoya çox rahat və asan gəlmək mümkündür. Sərgiyə gəlməklə həm də Türkiyədə tətil qazanma şansı da əldə etmək mümkündür. Sərginin axırıncı günündə bütün qonaqların iştirakıyla keçiriləcək olan tirajla qazanan şanslı elan ediləcək.
ElanExspo şirkətinin Azərbaycan bürosunun prezidenti İlkin Abdiyev jurnalistlərə açıqlamasında bildirib ki, bu sərginin böyük əhəmiyyəti var: “Bu sərginin mebel istehsalında, dekor sahəsində çox böyük müsbət təsirləri olacaq. Bir çox şirkətlər var ki, Azərbaycan bazarına girmək, özlərinə mövqe qazanmaq istəyirlər. Bu baxımdan ölkədə iqtisadiyyatın inkişafına az da olsa tövhəmizin olacağına inanırıq”.
İ.Abdıyev bildirdi ki, dekbar ayında daha bir sərgi keçiriləcək: “Əmlak sərgisi keçiriləcək, böyük əmlak şirkətləri iştirak edəcək. Bu da Azərbaycanda bir ilk olacaq”.

Fəridə CƏFƏR

Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir

Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir

Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir

Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir

Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir

Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir

Azərbaycanda ilk dəfə mebel sərgisi keçirilir




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanda bir gündə 84 cinayət törədilib

Azərbaycanda bir gündə 84 cinayət törədilib

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

İstanbulda İŞİD əməliyyatı:

İstanbulda İŞİD əməliyyatı: 30-dan çox əcnəbi tutulub

"Bank of Baku" müştərini belə soyur- FOTOFAKT

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Artur Rasizadəyə ağır itki

Artur Rasizadəyə ağır itki

Vəkil:

Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir”

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib- VİDEO+FOTOLAR

OPEC-in baş katibi Azərbaycanı təriflədi

OPEC-in baş katibi Azərbaycanı təriflədi

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur