AFN.AZ / Dollar uçuzlaşdı-

Dollar uçuzlaşdı-

Yanvarın 10-da hərraca böyük məbləğdə dollar çıxarılması, daha dəqiq desək, yeni ildə ilk dəfə banklara 300 milyon dollarlıq satış valyuta bazarında nisbi stabillik yaradıb. “Qara bazar”da dollar ucuzlaşmağa başlayıb.

Fins.az-ın fərdi şəkildə dollar satışı həyata keçirən şəxslərdən əldə etdiyi məlumata görə, yanvarın 11-də “qara bazar”da dollar 1,87 manata alınıb, 1,90 manata satılır.

Xatırladaq ki, yanvar ayının 5-dən sonra dolların “qara bazar”dakı alış-satış qiyməti 1,91-1,93 manat təşkil edirdi.

Onu da qeyd edək ki, yanvar ayının 11-də Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnəsinə əsasən dolların kursu 1,7742 manat müəyyən edilib.
11-01-2017, 12:05
Geri qayıt