AFN.AZ / Bakıda Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı təlim keçirilib-

Bakıda Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı təlim keçirilib-



Martın 14-15 tarixlərində “Media və vətəndaş cəmiyyətinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərində rolunun artırılması” mövzusunda ikigünlük təlim keçirilib.

AFN xəbər verir ki, təlimdə ümumilikdə 30-dək mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Təlimin birinci günü təlimçi Moldova Açıq Hökumət İnstitutunun prezidenti, Açıq Hökumət Tərəfdaşlığı platformasının Rəhbər Komitənin sabiq üzvü Veronika Cretu Açıq Hökumətin əsas prinsiplərinin izahı – açıq hökumətlə elektron hökumətin fərqləri, açıq məlumatların rolu və s., açıq hökumətin üstünlüyü və çatışmazlığı, onun yaratdığı imkanlar və problemlər barədə təqdimat edib. Təlimçinin həmçinin AHT platformasının hökumətlərə və vətəndaş cəmiyyətinə nə vəd etməsi, təşəbbüsə qoşulmağın üstünlüyü, ölkə səviyyəsində müxtəlif maraqlı tərəflərin rolu barədə suallar barədə müzakirələr aparıblar.
Təlimin ikinci günü İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev təqdimat edib. Təlimçi Açıq Hökumət Tərəfdaşlığı üzrə Milli Fəaliyyət Planının monitorinqi metodologiyası – monitorinqin məqsəd və vəzifələri, monitorinq üsulları, monitorinq və qiymətləndirmə indikatorları barədə təlim keçib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev Açıq Hökumət Tərəfdaşlığı sahəsində jurnalistlərin araşdırmalar zamanı hansı məsələlərə diqqət ayırmalı, hansı məlumat mənbələri ilə işləməli olduqları barədə müzakirə təşkil edib.
Təlim Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Əliyev Samir tərəfindən reallaşdırılan " Açıq Hökümət təşəbbüsləri yayılması istiqamətində hökümət vətəndaş cəmiyyəti dialoqu mexanizmlərinin hazırlanması və vəkilliyi" adlı xidmət çərçivəsində keçirilib. Təlim həmçinin Təbii Resursların İdarəetdilməsi İnstitutu tərəfindən dəstək verilib.



















15-03-2017, 15:03
Geri qayıt