Türkiyə vətəndaşı Bakıda döyüldü


Bakıda nəqliyyat terminallarından birində dava-dalaş olub.

Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1984-cü il təvəllüdlü Yanik Turqay Adnan oğlu Bibiheybət qəsəbəsindəki terminalda 1990-cı il təvəllüdlü Sultanov Vadim Vidadi oğlu tərəfindən döyüldüyünü bildirib. Türkiyə vətəndaşı ona qarşı xuliqanlıq etmiş şəxsin cəzalandırılmasını istəyib. Müraciət əsasında araşdırmalar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu