Gömrük generalının Eldar Mahmudovla brilliant biznesi-İDDİA


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun bandasının cinayətləri istiqamətində hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar hakimiyyətdaxili qruplaşmalar arasında çox ciddi qalmaqala səbəb ola biləcək məlumatların mətbuata sızmasına səbəb olub.

AFN.az-ın məlumatına görə, miq.az-ın elekrton poçtuna daxil olan məlumatlar göstərir ki, Eldar Mahmudov hakimiyyətin əsas söz sahiblərindən biri olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsindəki əsas adamı, Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovu da ələ ala bilibmiş. Məlumatlarda iddia edilir ki, Eldar Mahmudov Afrika ölkələrindən Azərbaycana gətirdiyi dəyəri yüz milyon dollarla ölçülən briliant daşları məhz Vüsal Novruzovun vasitəçiliyi ilə Avropa bazarına çıxarıb satdırırmış.

Məlumatda iddia edilir ki, Vüsal Novruzovun sabiq MTN şefi ilə əlaqələri məxfi saxlanılsa da, Gömrük Komitəsinin sədri Aydın Əliyevdən gizli qalmamışdır: "Bu səbəbdən Aydın Əliyevlə Vusal Novruzov arasında ciddi narazılıqlar baş vermış və nəticədə Kəmaləddin Heydərova bu olay barədə məlumat verilmişdir. Lakin Kəmaləddin Heydərov Vusal Novruzovun tərəfini tutmuş və məsələ qapalı şəkildə baglı qalmışdır. Briliant biznesinin Bəylər Əyyubov nəzarət etdiyindən Kamaləddin Heydərov bu məsələnin şişməsini istəməyib: "Onu da bildirim ki, Vusal Novruzov hər olkədən cıxan daşların 20 %-ə sahib olmuşdur. Lakin Vusal Novruzov pulu nəğdi şəkildə yox, daşların satışından sonra Avropadan bahalı maşınlar alıbmış".

Məsələ ilə bağlı Vüsal Novruzovun fikirlərini öyrənmək cəhdlərimiz alınmadı. Belə ki, Bakı Gömrük İdarəsinin rəisi general Vüsal Novruzovun köməkçisi Elnur müəllimlə əlaqə saxlayıb bu suallara aydınlıq gətirmək istədik. Elnur müəllim isə sualımızın məğzini və məramını anlayandan sonra bir cümlə dedi: "Nə yazırsız, yazın. Biz siz məhkəməyə verəcəyik.”

Miq.az olaraq xatırladırıq ki, jurnalist peşəsinin qanunlarını ali tutub bütün məmurlardan, o cümlədən Vüsal Novruzovdan hər hansı bir məsələ ilə bağlı mövqe öyrənməyə haqqımız var və buna da cəhd etdik. Lakin bizim peşə qanunlarımıza hörmətimiz qarşı tərəfin bizi məhkəmə ilə hədələməyi ilə nəticələndi.

Bütün bunlara rəğmən qarşı tərəf olaraq məlumatda iddia olan ittihamlara görə Vüsal Novruzovun və adları çəkilən digər şəxslərin fikirlərini də işıqlandırmağa hazırıq.

Mövzunu davam etdirəcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu